Çexiyada şəhərətrafı elektriçkanın və reys avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Praqadan 60 kilometr aralıda qeydə alınıb. Bu barədə milli yanğınsöndürmə və xilasetmə korpusunun nümayəndəsi Yaroslav Qabriel deyib.
Onun sözlərinə görə, qəza nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, vaqonun göyərtəsində 19 sərnişin olub.
İlkin məlumata görə, qəzaya, avtobusun dəmir yolu keçidinə işıqforun qırmızı işığında daxil olması səbəb olub.
Hazırda polis hadisənin baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man