Rusiyanın Yaroslav əyalətində minik və yük maşınlarının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident martın 5-də M8 trasında qeydə alınıb.
Məlumata görə, Danilovsk rayonunun deputatı Tatıyana Poletaeva sərnişin qismində olduğu “Volkswagen” markalı avtomobil, sürücünün idarəetməni itirməsi səbəbindən yolun əks zolağına çıxaraq qarşıdan gələn TIR-la toqquşub. Nəticədə qadın deputat və 63 yaşlı sürücü hadisə yerində vəfat ediblər.
Bildirilir ki, qadın kəndə qonşusunun yas mərasimində iştirak etmək üçün gedirmiş.
Hadisənin görüntüləri avtomobilin təhlükəsizlik kamerasına düşüb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man