Rusiyada güclü yanğın: şəhər prokuroru və ailə üzvləri həlak oldu - VİDEO

Hadisə 16 Sentyabr 2019 | 16:49
OXUNUB: 1026
 

Dünən gecə Krasnoyarskda yaşayış binasında baş verən yanğın nəticəsində Lesosibirsk şəhərinin prokuroru, həyat yoldaşı və iki uşağı ölüb. 

Məlumat rayon prokurorluğu tərəfindən təsdiqlənib.

Vilayət prokurorunun böyük köməkçisi Olqa Qaidukun sözlərinə görə, yanğında prokuror Vasili Fedorov, onun və bacısının ailəsi həyatını itirib.

36 yaşı olan Fedorov Lesosibirsk prokurorluğuna aprel ayından rəhbərlik edirdi. O, prokurorluq orqanlarında 2006-cı ildən çalışırdı.

Qusarov küçəsindəki beşmərtəbəli yaşayış binasında yanğın sentyabrın 15-də gecə baş verib. Yanğın barədə siqnal Fövqəladə Hallar Nazirliyinə Moskva vaxtı ilə 22:26-da daxil olub.

Moskva vaxtı ilə saat 23:04-də yanğın 40 kvadratmetr sahədə lokallaşdırılıb, saat 23:36-da söndürülüb. Hadisə nəticəsində dördü uşaq olmaqla, səkkiz nəfər ölüb.

36 yaşı olan Fedorov Lesosibirsk prokurorluğuna aprel ayından rəhbərlik edirdi. O, prokurorluq orqanlarında 2006-cı ildən çalışırdı. Qusarov küçəsindəki beşmərtəbəli yaşayış binasında yanğın sentyabrın 15-də gecə baş verib. Yanğın barədə siqnal Fövqəladə Hallar Nazirliyinə Moskva vaxtı ilə 22:26-da daxil olub. Moskva vaxtı ilə saat 23:04-də yanğın 40 kvadratmetr sahədə lokallaşdırılıb, saat 23:36-da söndürülüb. Hadisə nəticəsində dördü uşaq olmaqla, səkkiz nəfər ölüb. 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man