Yevlax bulvarı çökdü

Hadisə 06 Avqust 2019 | 11:53
OXUNUB: 3509

Yevlaxda Kür çayının sahilində bulvarda çökmə olub.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün baş verib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Xalid Əhmədov faktı saytımıza təsdiqləyib.

Onun sözlərinə görə, ərazidə suyun altında qalan turbalar eroziyaya uğrayıb:

"Hazırkı bulvar ərazisinin yerində daha əvvəl kiçik bir park olub. Park baxımsız vəziyyətdə, suyun içərisində olduğundan əsaslı yenidənqurma işləri aparılıb. Çox güman ki, suyun içərisində qalan dəmir turbalar eroziyaya uğrayıb. Bu səbəbdən də üzərindəki yükü saxlaya bilməyib və çöküb. Hadisə zamanı heç kim xəsarət almayıb.

Biz əraziyə baxış keçirmişik. Təhlükəsizlik məqsədilə həmin ərazi nəzarətə alınıb. Üzərindən beton örtüyü götürülüb. Təmir işləri üçün zəruri olan materiallar sifariş edilib. Ən qısa zamanda çökən hissə bərpa ediləcək”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man