Neftçalada üzərində xəsarətlər olan kişi meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyit bu gün səhər saatlarında Neftçala şəhərində yerləşən şadlıq saraylarından birinin arxasında aşkar edilib. Məlum olub ki, meyiti tapılan şəxs Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğludur.
Hadisə şahidlərindən birinin bildirdiyinə görə, meyitin üzərində xəsarət və qan izləri olub. Qeyd edilir ki, həmin şəxs ötən gecə toy mərasimində iştirak edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şadlıq sarayına məxsus kamera görüntüləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Ölümün qətl və ya bədbəxt hadisə nəticəsində baş verməsi üzrə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Nefçala rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man