ABŞ-ın Merilend ştatının Ouşen-Siti şəhərində təyyarə okeana düşüb. "Qafqazinfo”nun məlumatına görə, hadisənin görüntülərini "The Sun” yayımlayıb.
Videodan da göründüyü kimi, balaca ağ təyyarə yüksək sürətlə aşağı düşür və çimərlikdən bir neçə metr aralıda suya qərq olur. İnsanlar okeandan sahilə atılır, bəziləri baş verənləri telefonları vasitəsi ilə lentə almağa başlayır.
Hadisə nəticəsində heç kəs xəsarət almayıb. Hava gəmisinin pilotu üzərək özünü sahilə çatdırıb.
"Bizə elə gəlirdi ki, o, çimərliyin düz üstünə düşəcək. Biz qorxduq və dedik ki, indi kiminsə ailəsini əzəcək”, - hadisə yerində olan Şarlotta Hiqdon danışıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man