Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.
Unikal.org "UNİAN”a istinadən xəbər verir ki, hadisə ölkənin Rivnenşine vilayətinin Sestryatin kəndi yaxınlığında baş verib.
Ölənlərdən biri briqada komandiridir.
Hadisə yerinə Ukrayna Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının və Quru Qoşunları Komandanlığının komissiyası gedib.
Qəzanın səbəbləri araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man