Dələduzluqda ittiham olunan ər-arvada hökm oxundu

Hadisə 29 May 2019 | 16:16
OXUNUB: 2234
 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Babayev 8 il azadlıqdan məhrum edilib. E.Babayevanın cəzası isə 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Xatırladaq ki, prokuror çıxışında E.Babayevin 9 il və E.Babayevanın isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi. Həmçinin dövlət ittihamçısı təklif edib ki, onların 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı övladının olması, eyni zamanda E.Babayevanın hamilə olması yüngülləşdirici hal kimi nəzərə alınsın. Uşaqlar hər iki valideynin qayğısından məhrum olmasın deyə, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınsın.

 

İttiham aktına əsasən, ər-arvad olan E.Babayevlə E.Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələridir. E.Babayeva və E.Babayev onlardan iş görmək, tur paketləri təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man