Avtomobillərdə benzin sərfiyyatı artıb - Azaltmaq mümkündürmü? - VİDEO

Nəqliyyat xəbərləri 02 İyun 2019 | 23:36
OXUNUB: 1680

Havaların isinməsi avtomobillərdə benzin sərfiyyatını artırır.

 

Avtosfer.az xəbər verir ki, son günlər temperaturun qalxması ilə kondisonerdən istifadə edən sürücülərin də sayı çoxalıb.

 

Sürücülər deyir ki, 100 kilometr məsafədə təxminən 1-1,5 litr daha çox yanacaq sərf edilir.

 

Avtomobil ustaları isə deyir ki, qışa nisbətdə yayda benzin sərfiyyatı azalmalıdı. Amma avtomobillərdə kondisioner işlədiyindən benzin sərfiyyatında artım olur. Lakin sərfiyyatı bəzi qaydalara əməl etməklə azaltmaq mümkündür.

 

Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə, yayda ən tez sıradan çıxan detallardan biri benzin nasoslardır. Benzin sistemi isə birbaşa mühərriklə bağlı olduğundan onu vaxtında yoxlatmaq lazımdır.

 

Ustalar onu da bildirir ki, bəzi sürücülər yay aylarında avtomobili işə salarkən ümumiyyətlə onu qızdırmır. Əslində isə mühərrik minimum 1 dəq. işlək vəziyyətdə olmalıdır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man