Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü

Hadisə 18 Fevral 2019 | 23:45
OXUNUB: 5329
Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev 19 yaşlı Aleksandr Babareviçi başına vurduğu bir  zərbə ilə qətlə yetirib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident fevralın 16-da "Loft" gecə klubunun yaxınlığında baş verib. İddialara görə, azərbaycanlılarla çıxan davada Aleksandr Ruslanın qardaşını təhqir edib. Əvvəlcə şifahi mübahisə yaranıb. Daha sonra isə mübahisə qızışıb və nəticədə Ruslan özündən fiziki cəhətdən zəif olan Aleksandra yumruq zərbəsi endirib. Babareviç bir zərbə ilə asfalta yıxılıb və həyatını itirib.

R.İsayev hazırda həbsdədir. Ona qarşı "qətl" maddəsi üzrə cinayət işi açılıb. İstintaq aparılır.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man