Azərbaycanda dələduzluqla məşğul olan müğənniyə AĞIR CƏZA

Hadisə 18 Fevral 2019 | 17:24
OXUNUB: 2701
"Velizadə prodakşn”ın rəhbəri və müğənni Tural Vəlizadənin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
 
Tural Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Tural Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir. O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib.
 
Tural Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb. Lakin vədinə əməl etməyib.
 
İstintaq orqanı tərəfindən Tural Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.(Teleqraf.com)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man