Təcili yardım maşını qəzaya düşdü - Yaralılar var + FOTO

Hadisə 27 Noyabr 2024 | 07:20
OXUNUB: 1502

Lənkəranda yol-nəqliyyat qəzası baş verib. 

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində baş verib. 

 

Belə ki, Astaradan Lənkərana, xəstə gətirən Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi “Hundai Tucson” markalı minik avtomobili ilə toqquşub. 

 

Qəzada, avtomobildə olan xəstə Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova və onun yaxınları Elnarə Elsevər qızı Əhmədova, Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. 

 

Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, “Hundai Tucson” sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır. 

 

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man