Üç dost ad günü məclisindən sonra FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - TƏFƏRRÜAT

Hadisə 06 Noyabr 2024 | 15:09
OXUNUB: 6057

Ötən gecə saat 01 radələrində Xaçmaz rayonu ərazisində - Gəndob-Yalama yolunun 22-ci km-də baş vermiş dəhşətli qəzanın təfərrüatı məlum olub.

 

Sfera.az xəbər verir ki, faciəvi şəkildə ölən 3 nəfər dost olublar və dünən onlardan birinin ad günü imiş.

 

Dostlar ötən gecə Xaçmaz rayonu ərazisində ad günü məclisində bir araya gəliblər. Daha sonra 1991-ci il təvəllüdlü Vüsal Tahir oğlu Bayramovun idarə etdiyi “BMW” markalı 77-HR-124 nömrə nişanlı avtomobillə yaşadıqları Xaçmaz şəhərinə yola düşüblər.

 

Avtomobil sürətlə hərəkətdə olarkən körpünün üzərində Gəncəli kənd sakini 1979-cu il təvəllüdlü Mömin Kamil oğlu Sadıqovun idarə etdiyi “Mercedes” markalı maşına dəyib. Nəticədə “BMW” Vüsalın idarəetməsindən çıxaraq körpünün metal məhəccərlərinə çırpılıb və 30-35 metr məsafəyə uçaraq çayın əks sahilində ağaclığa düşüb.

 

Şahidlərin bildirdiyinə görə, Vüsal Bayramov, sərnişinləri olan Xaçmaz sakinləri - 1983-cü il təvəllüdlü Samir Məhsimov və 1987-ci il təvəllüdlü Anar Məmmədovdan xəbər ala bilməyən yaxınları dərhal onları axtarmağa başlayıblar. Qısa vaxt sonra onların olduğu avtomobilin qəzaya uğrayaraq çay dərəsinə düşməsi məlum olub. Vüsalla Samirin meyitləri aşkar edilərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

 

Xəstəxanada onlarla birgə Anar Məmmədovun da maşında olması bildirilib, həmçinin restoranın kameralarında hər 3-nün maşına minərək getmələri əks olunub.

 

Bundan sonra çayın dərəsində yenidən axtarış aparılıb və təxminən 2 saat sonra ağaclıqdan A.Məmmədovun da cəsədi tapılıb.

 

Bildirilir ki, V.Bayramov Xaçmazda avtomobil ehtiyat hissələrinin satışı, digər iki şəxs isə valyutadəyişmə fəaliyyəti ilə məşğul olurmuş.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.(Qafqazinfo)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man