Salyanda ağır qəza -Bir ailənin 4 üzvü yaralandı

Hadisə 02 Noyabr 2024 | 12:18
OXUNUB: 2870

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Hunday” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.

 

Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Könül Ərəstun qızı Bağırova, 1989-cu il təvəllüdlü Elşən Ərəstun oğlu Bağırov, 1993-cü il təvəllüdlü Pərvin Vüqar qızı Bağırova və 2023-cü il təvəllüdlü Ruqayyə Elşən qızı Bağırova müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man