DİN Lənkərandakı insidentlə bağlı AÇIQLAMA YAYDI

Hadisə 28 Oktyabr 2024 | 21:45
OXUNUB: 4814

Daxili İşlər Nazirliyi Lənkərandakı insidentlə bağlı açıqlama yayıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

 

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

 

***

 

Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.

 

Sfera.az-ın məlumatına görə, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.

 

Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına daxil olublar.

 

Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb.

 

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man