Keçmiş zabit qəzada həlak oldu - FOTO

Hadisə 26 Oktyabr 2024 | 11:07
OXUNUB: 5455

Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil taxta dolu yükü daşıyan “KamAZ”a çırpılıb.

 

Ağır bədən xəsarətləri alan S.Həziyev hadisə yerində ölüb.

 

Bildirilir ki, qəzada vəfat edən Səfəralı Həziyev əvvəllər hüquq-mühafizə orqanlarında zabit kimi çalışıb və Birinci Qarabağ müharibəsi veteranıdır.

 

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man