Avtomobilinizlə suya düşsəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Hadisə 23 Oktyabr 2024 | 14:56
OXUNUB: 3143

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu hadisə təhlükəsizlik qaydaları ilə bağlı məlumatları yenidən nəzərdən keçirmək üçün zərurət yaradıb.

 

Maraqlıdır, avtomobili böyük su kütləsinə düşən şəxs sağ qalmaq üçün nələr etməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhülkəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, insanlar bütün riskli vəziyyətlərdə necə davranmalı olduğunu, hansı təhlükəsizlik qaydalarına riayət etməli olduğunu bilməlidir:

 

“Avtomobil tunel və ya kanal kimi üzəri bağlı yerdə suyun içində qalarsa, nəqliyyat vasitəsinin elektrik sistemi sıradan çıxa, qapı və pəncərələr də kilidlənə bilər. Əgər suyun yüksəkliyi çox deyilsə, hansısa kömək gələnə qədər gözləməməli, həmin an olduğu yeri tərk etməlidir. Çox insan üzərindəki hansısa bahalı əşyanın ziyan görməməsini üstün tutur, lakin heç nə insan həyatından vacib deyil. Əgər nəqliyyat vasitəsi tam su altında qalıb, həmçinin qapı və pəncərələr kilidlənibsə, təhlükəsizlik kəmərinin dəmirdən istifadə edərək şüşə qırılmalı, üzərək və yaxud digər köməkçi vasitələrlə ərazi tərk edilməlidir”. 

 

Həmçinin bu barədə Manitopa universitetinin araşdırmaçısı Geoff Gesbbrext tədqiqat aparıb.

 

Belə ki, Gesbbrext bildirir ki, su ilə toqquşmadan əvvəl sükanı tam düz saxlayaraq hava yastıqlarının açılmasının qarşısı alınmalıdır. Suya düşən zaman 30-60 saniyə müddətində avtomobildən çıxmaq lazımdır. Bu saniyələr həyati saniyələr adlanır. 

 

Öncəliklə, yadda saxlamaq lazımdır ki, avtomobil suya düşdüyü zaman su salona dolana qədər təzyiq səbəbindən qapılar açılmayacaq. Ona görə qapını açmağa cəhd etmək lazım deyil, əbəs yerə enerjinizi itirməyin. Avtomobil suya düşən anda təhlükəsizlik kəmərini açmaq və şüşələri aşağı endirərək maşından çıxmaq lazımdır. 

 

Əgər şüşələri də endirmək mümkün deyilsə (avtomatik idarə olunursa, mühərrik işləməmə səbəbindən) onları çiyninizlə və ya ayaqla qırmaq lazımdır. Əgər bu da alınmırsa, əsla panikaya düşmək lazım deyil. Avtomobilin içərisinə su dolana kimi gözləmək lazımdır. Su salona dolduqdan sonra içəridəki və bayırdakı təzyiq bərabərləşəcək və bu zaman qapıları açmaq mümkün olacaq. Bundan sonra isə üzərək suyun üzərinə çıxmaq qalır. 

 

Qeyd edək ki, bir avtomobilin su ilə dolması ölçülərindən asılı olaraq 60 - 120 saniyə arasında dəyişir. Bu müddətdə maksimum sakit, amma sürətli olmalısınız. Avtomobilin şüşəsini asanlıqla qırmaq və ilişən kəmərləri kəsmək üçün kiçik alətlər satılır, onlardan alıb istifadə edə bilərsiniz.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man