Şuşa-Laçın yolunda yük maşını aşdı: xəsarət alan var - VİDEO

Hadisə 21 Oktyabr 2024 | 19:10
OXUNUB: 4381

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şuşa-Laçın avtomobil yolunun 8-ci kilometrində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Sfera.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HOVA” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sürücü 1980-ci il təvəllüdülü Rafail Səxavət oğlu Rəcəbovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man