Metrodakı problemin səbəbi tüstülənmə imiş - RƏSMİ AÇIQLAMA

Hadisə 19 Oktyabr 2024 | 11:15
OXUNUB: 3876

“Nizami-28 May” tunel yolu mənzilində tüstüləmə olub.

 

Bu barədə Sfera.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatar maşinisti tüstüləmə müəyyən edib, dərhal dispeçer mərkəzinə məlumat verib:

 

"Bakı Metropoliteninin tələblərinə uyğun olaraq yüksək gərginlik çıxarılıb və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb. Tüstüləmənin mənbəyi müəyyən edilib, işıqlanma kabelində tüstülənmənin qarşısı dərhal alınıb və 25 dəqiqədən sonra stansiyada hərəkət bərpa olunub.Hərəkət təhlükəsizliyi ilə bağlı hər hansısa neqativ hal yaşanmayıb. “Nizami” stansiyası sərnişinlərin girişinə açılıb".

 

B.Məmmədovun verdiyi məlumata görə, artıq hər iki xəttə üzrə interval bərpa olunub, qurum normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man