Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Hadisə 18 Oktyabr 2024 | 08:40
OXUNUB: 1183

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

 

Sfera.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Hadisə nəticəsində iki nəfər həyatını itirib.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

 

***

 

07:30

 

Gəncədə binada partlayış baş verib.

 

Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

 

5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

 

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. (APA)

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man