Salyan rayonunda 13 yaşlı yeniyetmə hamamda yanıq xəsarətləri alıb.
Sfera.az-ın məlumatına görə, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır./Report/