Pasxa bayramı ərəfəsində rus hərbçiləri öz ərazilərindən Sumi rayonuna artilleriya zərbələri endiriblər.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, mərmilər Atinskoe kəndindəki psixonevroloji internat məktəbinə düşüb. Binanın qapı və pəncərələri sınıb.
Həmçinin, Boyaro-Ləjaçi kəndindəki fərdi yaşayış evləri Rusiya ərazisindən atəşə tutulub. "Xoşbəxtlikdən insan tələfatı yoxdur", - Dövlət Sərhəd Xidmətindən bildirilib.