Bakının Səbail rayonunda 23 yaşlı qız özünü qayadan atıb.
Sfera.az xəbər verir ki, hadisə ötən gün baş verib. 1999-cu il təvəllüdlü A.Cavadova özünü Dağüstü parkda hündürlükdən atıb. Ağır xəsarətlər alan gənc qız xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır. (milli.az)