Əməkdar həkim vəfat etdi - FOTO

Hadisə 31 Mart 2022 | 11:30
OXUNUB: 810
Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov vəfat edib.

Sfera.az xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Salihov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışıb, 1971-ci ildə Aspiranturanı bitirən M. Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilib. O, 1981-1984-cü illərdə Əlcəzairdə çalışıb. 1987-ci ildə Azərbaycanın baş terapevti vəzifəsinə təyin edilib. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə "Ailə təbabəti kafedrası” təşkil olunub. M.Salihov kafedraya rəhbər təyin olunub. 2010-cu ildə ona Azərbaycanın əməkdar həkimi fəxri adı verilib.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man