26 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü

Hadisə 22 Mart 2022 | 22:10
OXUNUB: 1636
Zaqatalada qadın doğuşdan sonra dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, rayonun  Çökəkoba kənd sakini 26 yaşlı Rəna Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də sözügedən xəstəxananın Doğum şöbəsinə müaciət edib. Həmin gün doğum şöbəsində hamiləni müayinə edən həkim-ginekoloq Rəna Sultanova onun martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatdan sonra Rənanın qız uşağı dünyaya gətirib. 

Rənanın valideyinlərinin verdiyi məlumata görə, əməliyatdan bir gün sonra qızlarının bədənində dözülməz ağrılar baş qaldırıb. Lakin həkimlər xəstənin yaxınlarına bunun ciddi bir şey olmadığını deyib.

Xəstənin vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rənanı Reanimasiya şöbəsinə yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man