Bakıda piyadanı vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, martın 10-da saat 17 radələrində Nərimanov rayonu ərazisində Zərdab rayon sakini İ.Həsənov idarə etdiyi "MAN” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zinyət Ağalarovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.