Bakıda 4 nəfər dəm qazından zəhərlənib.
Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1972-ci il təvəllüdlü Qədimova Xanım Mayıl qızı, 1995-ci il təvəllüdlü Hidayətov Sehran Müşviq oğlu, 1998-ci il təvəllüdlü Bəhrəmli Aytac Mirqabil qızı və onun 2 yaşlı övladı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.