Gəncədə azyaşlı naməlum səbəbdən ölüb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü Ə.Əlizadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Azyaşlının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
O, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.
Faktla bağlı araşdırma aparılır.
(azxeber)