Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü Fəxrəddin İsmayıl oğlu İsmayılov, 1979-cu il təvəllüdlü Vüsalə İsmayıl qızı İsmayılova və 7 yaşlı Əsna Elnur qızı Rzayeva, 16 yaşlı Rafiq Elnur oğlu Rzayev yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.