Gədəbəy rayonunda otlaq sahə üstə düşən davada ata və oğlu döyülüb.
Sfera.az-a verilən məlumata görə, hadisə rayonun Slavyanka kəndinə qeydə alınıb.
Kənd ərazisində, 1967-ci il təvəllüdlü Niyazi Quliyev və onun oğlu, 1997-ci il təvəllüdlü Nemət Quliyev mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Hadisəyə otlaq üstə düşən mübahisə səbəb olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Turan
Sfera.az