Rusiyada azərbaycanlı prodüser barədə iş başlanıldı - FOTO

Hadisə 30 Avqust 2021 | 10:20
OXUNUB: 668
Dünyaca məşhur "Rammstein” qrupunun Rusiyanın Tver vilayətindəki konserti polis tərəfindən dağıdılıb.

Sfera.az xəbər verir ki, özəl şirkətlərin biri tərəfindən təşkil olunan tədbirdən əvvəl hüquq-mühafizə orqanları solist Till Lindemannın otağına daxil olub.  

O, Rusiyada tətbiq olunan sərt karantin qaydalarını pozmaqda ittiham edilir. 

Lindemanna bildirilib ki, 500 nəfərdən artıq vətəndaş bir araya toplanarsa, inzibati məsuliyyətə cəlb olunacaq. Bununla da, konsert proqramı ləğv olunub.

REN TV-nin məlumatına görə, alman sənətçinin Rusiyadakı azərbaycanlı prodüseri Anar Reyband barəsində inzibati protokol tərtib edilib.

Reyband ilə əlaqədar olaraq Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 18.8 -ci maddəsinin 2 -ci hissəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib (Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiyaya daxil olma qaydaları və ya Rusiyada qalmaq (yaşayış yeri)).

Materiallar Konakovo Şəhər Məhkəməsinə göndərilib.

Eyni zamanda, Tim Rusiya sərhədini keçərkən əslində konsert fəaliyyəti təşkil etsə də, səfərin məqsədinin turizm olduğunu bildirib. Onun barəsində də inzibati iş üzrə icraat başlanılıb.

 

 

 
"Qafqazinfo"
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man