Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var

Hadisə 16 İyul 2021 | 22:35
OXUNUB: 1881

Saatlıda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107” markalı avtomobil "TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Saatlı rayonunun Ağarəhimli kənd sakinləri, 1983-cü il təvəllüdlü Zeynalov Vahid Zakir oğlu hadisə yerində ölüb, Məmmədov Vüsal Əbülfət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Ölən və yaralının rayonda fəaliyyət göstərən "Barkot” firmasının işçiləri olduğu bildirilir.

Faktla bağlıaraşdırma aparılır. // "Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man