Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
A.M.Şərifzadə küçəsində yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən orta yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) "Mercedes" markalı, 90 MJ 783 dövlət nömrə nişanlı avtomobil vurub. Nəticədə piyada xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb edilib, yaralının təxliyəsi həyata keçirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man