İşıqlar söndü: Metroda qatarlar tunelddə qaldı

Hadisə 27 Fevral 2020 | 16:37
OXUNUB: 3979

Bakı metrosunda qatarlar tuneldə qalıb.

Sfera.az xəbər verir ki, metroda yaranan problemə Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəb olub.

"Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı Oxu.Az-a təsdiqləyib.

 

O bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

"Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.

İlkin məlumata görə, problem "Koroğlu” stansiyasından üzü "Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb. 

Təxliyyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Sosial şəbəkələrdə yazılır ki, qatarlar "Elmlər Akademiyası” metrostansiyasından "Gənclik” metrostansiyasına 20 dəqiqəyə gəlib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man