Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində sürücü, 1954-cü il təvəllüdlü Bayramov Süleyman Abuzər oğlu idarəetməni itirərək qəza törədib. O, hadisə zamanı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Bayramova döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man