300 min dollar qarşılığında vəsiqəsini girov qoymaqla gündəmə gələn və deputat mandatından imtina edən sabiq deputat Rafael Cəbrayılovun könüllü istefası uzun illər sonra Azərbaycanda müşahidə edilən yeni praktika kimi qiymətləndirilir.
Əslində, dünya siyasət meydanında vəzifə səlahiyyətlərini aşma hallarına yol verildikdə şəxsin öz kürsüsündən imtina etməsi mədəniyyətin bir göstəricisi hesab olunur.
Azərbaycanda isə uzun illər sonra baş verən könüllü istefa hadisəsi az qala qeyri-adi qarşılandı. Çünki bu praktika bizdə geniş tətbiq edilmiş olsaydı, 2015-ci ildə Binəqədi rayonunda çoxmərtəbəli binanın yanması zamanı 15 nəfərin ölməsi və 65 nəfərin yaralanmasına, ya da Xəzər dənizində boğulan neftçilərə görə kimlərsə istefa verməliydi ki, bu gün deputatın mandatdat könüllü imtinasına təəcüblənməyək... Sadalamaqla bitmir!
Gəlibsənsə, getməyi bacarmalısan...
Sfera.az xəbər verir ki, 1999-cu ildə Azərbaycanın xarici işlər naziri postundan könüllü istefa verən Tofiq Zülfüqarov son müzakirələrlə bağlı Modern.az-a deyib ki, dövlət postlarında seçilənlərin vəzifələri həmin mövqedə cəmiyyətə xidmət etməkdir:
"Bunun da əvəzində maaş alırlar. İnsanların vəzifəyə təyin olunması və vəzifədən getməsi normal haldır. Biz orta əsrlərdə deyilik ki, hansısa məmur kürsüdən düşürüləndə az qala düşmənə çevrilə. Hesab edirəm ki, biz də ümumdünya təcrübəsindən bəhrələnməliyik. Bir çox hallarda bunun səbəbləri müxtəlif olub. O dövrdə əsas məqsəd danışıqlar prosesini daha da gücləndirmək idi. Sirr deyil ki, o vaxt bununla məsələyə ictimaiyyətin diqqətini cəlb edə bildik. Bu, Azərbaycanda ictimai rəyin əsaslı olduğunu göstərdi”.
"O qədər istefa verməli olan vəzifəlilər var ki...”
T.Zülfüqarov qeyd edib ki, bu gün Azərbaycanda istefa verməli olan vəzifə sahiblərinin sayı həddən çoxdur:
"Biz hamımız bilirik ki, ictimaiyyətə təsir edən çox sayda səbəblər olur. Kiminsə bahalı saatı, kiminsə bahalı maşınının olmasl, yaxud kiminsə vəzifəli qohumunun xoşagəlməz hadisələrdə adının hallanması kimi nüanslar bu və digər şəkildə onların nüfuzunu zədələyir, rəhbərliyin etimadını doğrultmadığını göstərir. Təbii ki, onlar məsuliyyət hissilə, sərəncamı gözləmədən özləri addım atmalıdırlar. İşində nöqsan aşkarlanmış şəxslərin könüllü istefası həm də hakimiyyətin nüfuzunun yüksəlməsinə səbəb olar. Kreslodan tutub, ömrünün axırına kimi vəzifəni hansısa qüvvələrin hesabına əlində sıxıb saxlamaq da bir iş deyil. Məmurun bu davranışı hakimiyyəti də nüfuzdan salır. Onu da deyim ki, müxalifətdə də bu kimi məqamlar var. Həm iqtidarda, həm müxalifətdə kreslonu sevənlər o qədər çoxdur ki...
Hansısa etimadı itirən, cəmiyyəti idarə edə bilməyən insan rəhbərliyə hörmət olaraq özü istefaya getməlidir. Gözləməməlidir ki, onu sərəncamla qovsunlar. Getmək vaxtıdırsa, get. Vacib deyil ki, sən ölənə kimi vəzifədə oturasan”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man