Ermənistan ordusunda qiyam nədən baş verdi? - Əsgərlər hərbi xidmətdən yayınır

Gündəm 26 Mart 2019 | 12:58
OXUNUB: 5783
Ermənistan ordusunda vəziyyət hər ötən gün acınaqcalqı hal alır.

Bir neçə gün öncə Mehri rayonundakı hərbi hissədə baş verən qiyam isə durumun daha da pisləşdiyini, erməni gənclərin isə bu durumdan bezməsinin göstəricisidir. Hərbi jurnalist Üzeyir Cəfərov qeyd edir ki, Ermənistanda əsgərlər açıq şəkildə hərbi xidmətdən imtina edirlər. 

Politoloq Əhməd Əlili isə qeyd edir ki, orduda qiyam həm də baş nazir Nikol Paşinyanın idarəçilik qabiliyyətinin olmamasından irəli gəlir. Onun fikirincə, ziddiyətli bəyanatları, yerinə yetirə bilmədiyi vədlərlə yadda qalan populist baş nazir orduda da vəziyyəti yaxşılaşdırmağa nail ola bilməyib, hətta vəziyyət daha da pisləşib.

Artıq Ermənistanın vətəndaş cəmiyyəti də Mehridə baş verən qiyamla bağlı etirazlara başlayıblar. "Həqiqət uğrunda jurnalistlər” hüquq təşkilatının rəhbəri Janna Aleksanyan qiyamın zabitlərin əsgərlərlə təhqiramiz davranması səbəbindən baş verdiyini deyib. "Helsinki vətəndaş assambleyası” təşkilatının sədri Artur Sakunts isə qiyam qaldıran əsgərlərin Qarabağa gösndərilməsinə etiraz edib və  bu addımın ordudakı mənfi halları gizlətmək üçün atıldığını deyib. Xatırladaq ki,  mart ayının 17-də Mehri rayonunda yüzə yaxın əsgər zabitlərin özbaşınalığına etiraz olaraq qiyam qaldırıb və onlardan 20-si hərbi hissəni tərk edib. Qiyamçı əsgərlər geri qaytaraılaraq hərbi polisin müşayəti ilə Xankəndinə göndərilib. Bu zaman əsgərlərin hərbi formaları zorla əyinlərindən çıxarılıb, telefonları əllərindən alınıb. Ermənistan Müdafiə Nazirliyi əsgərləri günahlandırıb. İrəvanda Hökumət Evinin qarşısında etiraz aksiyası keçirən əsgər anaları isə qiyamın Qasparyan soyadlı zabitin ucbatından baş verdiyini deyiblər. Valideynlərin sözlərinə görə,  verilən əzab-əziyyətdən təngə gələn əsgərlərdən biri ona yaxınlaşıb və başqa bölməyə keçirilməsini istəyib. Zabit isə cavabında ona əl qaldırıb. Qiyam da bu səbəbdən başlayıb.atv.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man