"Hazırda biz Bakı stadionu ərazisində yenidən inşa etdiyimiz 3000 m²-lik dünya standartlarına uyğun olan mətbəxdəyik".
Sfera.az xəbər verir ki, bunu COP-29 əməliyyat şirkətinin ketrinq, təmizlik və tullantıların təmizlənməsi departamentinin infrastruktur şöbəsinin müdiri Anar Zeynalov bildirib. Onun bildirdiyinə görə, sözügedən mətbəxt 10 mindən çox şəxsi qidalandırma ilə təmin etmək gücünə malikdir:
"Mətbəximiz 10 mindən çox insanın — işçilərimizin, könüllülərimizin, podratçı şirkətlərimizin qidalandırılmasını, eyni zamanda portal üzərindən gələn bütün sifarişlərimizin təmin edilməsinə malik olan mətbəxdir. Bununla birlikdə stadion ərazisində 3 mətbəximiz var. Digər mətbəximiz "Green Zone" adlandırılan ərazidə yerləşir və 500 m² ərazidən ibarətdir. Onu da bildirim ki, bütün mətbəxlərimiz dünya və HAS standartlarına uyğun təmir edilib, avadanlıqlar ona uyğun yerləşdirilib. Bütün millətlərdən qonaqlar gəldiyinə görə, biz, eyni zamanda İtalya, Meksika, İspaniya və Hindistan mətbəxlərinə, həmin mətbəxlərin vegan, vegetarian, koşer yeməklərinin hazırlanmasına önəm vermişik".
Anar Zeynalov qida tullantılarının emala veriləcəyindən də söz açıb. O, həmçinin qeyd edib ki, yerli məhsullara üstünlük veriləcək:
"Eyni zamanda bildirim ki, bütün tədbir ərzində qida tullantıları yenidən emala veriliəcək, həmin qidalardan gübrə alınıb, istifadə ediləcək. Əlbəttə ki, dayanıqlılıq siyasətini dəstəkləmək üçün əlimizdən gələni edib mətbəxdə istifadə edəcəyimiz məhsulların 85 faizdən çoxunu yerli məhsullardan istifadə edirik — meyvə tərəvəzlərdən tutmuş ət və ət məhsullarınadək. Tədbirin keçiriləcəyi ərazidə 56 kofe-şop, restoran və qida satış nöqtələri yenidən inşa etmişik. Bütün bu restoranlarımızın və kofe-şoplarımızın üz fasadları və tikintisindəki materiallar üçün geridönümlü olan məhsullardan istfadə olunub. Tədbir zamanı bütün qonaqlarımızın, könüllülərimizin və həmkarlarımızın 24 saat qidalanmasını mükəmməl şəkildə təmin edəcəyik".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man