Vaxt vardı Tvitter iki gündən bir o zaman prezident olan Donald Trampın tvitlərini bloklayırdı, kefləri istəyəndə onun mesajlarını “qaydalara ziddir” ittihamı ilə silirdilər. Hətta bir ara onun ümumiyyətlə hesabını yerli-dibli silmişdilər. Yəni zamanında Tvitter, o cümlədən başqa sosial media qurumları Trampa yetərincə maneçilik törədirdilər.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri osman Gündüz deyib.
O bildirib ki, zaman yetişdi və İlon Mask Tvitteri 40 milyarda aldı, adını da dəyişib X qoydu:
“X və X-in yeni sahibi İlon Mask bu seçkilərdə Trampa hədsiz köməklik göstərdi. Görünən bu oldu ki, sanki Tvitter elə “X günü” üçün, Trampın seçkisinə dəstək üçün alınmışdı.
İlon Maskın məşhur tvitləri, verdiyi 120 milyon ianə, digər milyarderləri bu prosesə təşviq etməsi, seçki qərargahından verdiyi mesajlar Trampın qalib gəlməsində əhəmiyyətli rol oynadı.
Beləliklə, zamanında Trampa zərbə vuran bir sosial resurs 4 il sonra başqa adla və başqa sahiblə onun yenidən prezident seçilməsində böyük rol oynadı”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man