Sahibə Qafarova həmkarına başsağlığı verdi

Gündəm 23 Oktyabr 2024 | 23:00
OXUNUB: 3738

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

 

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Spiker TBMM sədrinə ünvanlandığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəbərindən sarsıldığını və terror aktını şiddətlə qınadığını bildirib.

 

Parlamentin sədri, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man