Bakının mərkəzində parklanma problemi: Sürücü və qurum üz-üzə - VİDEO

Gündəm 21 İyun 2022 | 14:49
OXUNUB: 545

“Qış Parkı”nın yaxınlığındakı duracaqda avtomobillərin rahat park olunması üçün hər şərait yaradılsa da, bəzi sürücülər avtomobillərini duracağın girişindəki yolda saxlayırlar.

Ərazidə aparılan bir neçə günlük müşahidə onu göstərib ki, girişdə park edənlərin çoxu eyni şəxslərdir və eyni avtomobilləri günün istənilən saatında burada görmək mümkündür.

Çəkiliş zamanı avtomobillərdən birinin sahibi bildirib ki, səhərlər yaxınlıqda avtomobil saxlamağa yer tapmır, yeraltı duracaq isə ödənişlidir. Məhz bu səbəbdən o, avtomobilini burada saxlayır.

Yeraltı duracağın rəhbərliyindən bildirilib ki, məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ediblər.

BNA-nın sözçüsü Mais Ağayev isə bildirib ki, nəzarət tədbirləri çərçivəsində mütəmadi olaraq həmin ərazidə də tədbirlər keçirilir.

“Zərurət yarandığı halda isə avtomobillər oradan təxliyə olunaraq mühafizə edilən dayanacaqlara aparılır”, - deyə o qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man