Paytaxtda sıxlıq olan yolların SİYAHISI - YENİLƏNİB

Gündəm 16 İyun 2022 | 14:58
OXUNUB: 874

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı –  əsas və kənar yol da daxil olmaqla, “Çermet” yol ötürücüsünün üzərinə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində və Bakı Olimpiya Stadionunun qarşısı, “Koroğlu” metro stansiyası istiqamətində; 

2. Abbasqulu ağa Bakıxanov küçəsinin Cəfər Cabbarlı küçəsi ilə kəsişməsindən, Mərdanov qardaşları küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Türkiyə səfirliyi istiqamətində;

3. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər;

4. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;

5. Bülbül prospektinin, Lev Tolstoy küçəsi ilə kəsişməsindən, “Sahil” metro stansiyasının qarşısı da daxil olmaqla, Zərifə Əliyeva küçəsi ilə kəsişmə olan hissəsinə qədər;

6. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində;

7. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində;

8. Mikayıl Müşfiq küçəsində Badamdar dairəsindən, eyni zamanda Qurd qapısı istiqamətindən, Mikayıl Müşfiq dairəsi istiqamətinə doğru istiqamətlənərək, Parlament prospekti ilə kəsişməni keçərək, Nəriman Nərimanov heykəlinin qarşısı da daxil olmaqla, Mehdi Hüseyn küçəsi ilə kəsişməyə qədər;

9. Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsinə qədər, Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

10. Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən, Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq 

11. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

09:22

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti Bakı Olimpiya Stadionunun qarşısından başlayaraq “Asan xidmət”in qarşısına qədər;

2. Bakı-Sumqayıt şosesi “Masazır” dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər Moskva prospekti də daxil olmaqla;

3. Tbilisi prospekti Moskva prospekti ilə kəsişmədən başlayaraq “Çıraq Plaza”nın qarşısına qədər;

4. Koroğlu Rəhimov küçəsi F.Xoyski küçəsi ilə kəsişmədən başlayaraq Xətai prospekti ilə kəsişməyə qədər;

5. Üzeyir Hacıbəyli küçəsi Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq “20 Yanvar” dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Babək prospekti Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən başlayaraq Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man