Sabunçu rayonunda sakinlərin avtobus problemi həll olunmur.
Bu barədə Avtosfer.az-a ərazidə yaşayan sakinlər müraciət edib. Onlar bildirib ki, 204 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobusu sərnişinləri təhlükəyə atır: "Əvvəl marşurut ərazidəki 78 saylı orta məktəbin yaxınlığında saxlayırdı və biz çox rahat şəkildə avtobusdan istifadə edirdik. Lakin artıq dayanacağı ərazidən kənarda dəmir yolu istiqamətindən sonrakı istiqamətə qədər uzadıblar. Sakinlər, məktəbdən çıxan uşaqlar məcburdular ki, dəmir yolunu keçsinlər. Bu da çox təhülkəlidir. Dəfələrlə ərazidə bədbəxt hadisələr qeydə alınıb. Sərnişinlərin rahatlığını təmin etmək yerinə daha da çətinləşdirirlər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik, məsələyə laqeyd yanaşılıb". Sözügedən sərnişin avtobusu ilə bağlı irəli sürülən iddialar əsasında Bakı Nəqliyyat Agentliyi ilə əlaə qsaxladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məsələ ilə bağlı sərnişin müraciəti daxil olmayıb: "Bütün hallarda bu müraciət əsasında əməkdaşlar tərəfindən əraziyə baxış keçiriləcək. Yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man