Şamaxıdakı qəzada xəsarət alan məktəblinin valideyni: “Oğlum şüşədən dərəyə düşdü” - VİDEO

Gündəm 13 İyun 2022 | 15:57
OXUNUB: 388

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.

Baku TV xəbər verir ki, institutun həkimi xəstənin vəziyyətinin stabil olduğunu bildirib.

O deyib ki, hazırda azyaşlı Kompüter Tomoqrafiyası müayinəsinə hazırlanır:

“Onda kəllə-beyin travmasının olması şübhəsi var. Ona görə də müayinə ediləcək. Bundan sonra əməliyyatın nə vaxt olacağına qərar verəcəyik. Kəllə-beyin travması olmasa, sabah əməliyyat ediləcək”.

Qəzada xəsarət alan azyaşlının valideyni bildirib ki, sürücü avtobus ilə döngəyə daxil olarkən sürəti tənzimləyə bilməyib. 

O deyib ki, qəza zamanı avtobusda onun iki uşağı olub. Uşaqlardan biri şüşədən dərəyə düşüb.

Süjetdə həmçinin qəzada ağır xəsarət alan azyaşlı da danışıb. O, yaxşı olduğunu bildirib. 

Ətraflı videonu təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man