Biləsuvarın İsmətli kəndində körpü qəzalı vəziyyətdədir

Gündəm 11 İyun 2022 | 10:59
OXUNUB: 723

Biləsuvar rayonunun İsmətli kəndində körpü qəzalı vəziyyətdədir.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri deyib.

Onların sözlərinə görə, bu körpü 62 ildir ki, sakinlərə xidmət edir. Lakin indi körpü qəzalı vəziyyətə düşüb:

"2021-ci ilin aprel ayında Biləsuvar rayon Suvarma Sistemlər İdarəsinin müdiri Ədalət Babayevə məktubla müraciət edərək kəndin daxilindən axan “Vetka-3” deyilən su kanalı üzərindəki körpünün təmiri və körpüdə səviyyə qaldırıcı qurğunun quraşdırılmasını xahiş etdik. Bundan sonra idarədən nümayəndələr kəndə gələrək körpüyə baxış keçirdi. Daha sonra körpünün təmirinin və səviyyə tənzimləyici qurğunun quraşdırılmasının məqsədə uyğun olması və tikinti qurasdırma işlərinə başlanılacağı bildirildi. Ancaq üstündən bir ildən çox keçməsinə baxmayaraq, heç bir iş görülməyib"

Problemlə bağlı Biləsuvar rayon Suvarma Sistemlər İdarəsindən bildirilib ki, sakinlər sözügedən körpünü vaxtilə özləri keçid üçün saldığından, idarənin balansında olmaması, təmir-bərpa işi üçün layihəni hazırlamağa imkan vermir: "Körpünün təmirinə və üzərindəki hidrotexniki qurğunun bərpasına “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icazə verilərsə, bu mümkün olacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man