Son beş ay ərzində e-qaydada verilən pensiyaların sayı AÇIQLANDI

Gündəm 10 İyun 2022 | 20:01
OXUNUB: 693

Son 5 ay ərzində 147 mindən çox pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin yanvar-may aylarında 147,1 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb. İndiyədək 61,4 mini pensiya, qalanı müavinət və təqaüd olan 415,4 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb. Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-sistem üzərindən avtomatik həyata keçirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man