Taksi qiymətlər də, xidmət də aşağıdır- Səbəb və həlli yolu nədir?

Gündəm 10 İyun 2022 | 20:17
OXUNUB: 765

Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir. Hesablamalara görə, Birlik məkanında ən bahalı taksi xidməti Türkmənistandadır, orada bir kilometr gediş haqqı 1,46 manat təşkil edir. MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır. Görəsən bu hesablamalar doğrudurmu? Azərbaycanda həqiqətəndə taksi qiymətləri bahadırmı?


Bu barədə Medianews.az-a açıqlama verən ReAL partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda taksi qiymətləri kifayət qədər aşağıdır:
“Məsələn 2013-2014-cü ildə, hətta devolvasiyadan öncə taksi xidmətləri indikindən baha idi. Dollar ifadəsində isə lap baha idi. Çünki manat baha idi. 78-79 qəpik 1 dollara bərabər idi. O zamanlar hava limanına taksilər 20-25 manata gedirdi. Bu da təqribən 25-30 dollar civarında edirdi. Bu gün hava limanına 6-7 manata getmək mümkündür və bu taksi xidməti göstərilir. İndiki məzənnə ilə götürsək bu təqribən 3-3.5 dollar civarındadır ki, bu da qiymətlərin kifayət qədər düşdüyündın xəbər verir”.

İqtisadçı bildirdi ki, taksi xidməti ölkədə rəqabət mühiti olan nadir sahələrdəndir:
“Bu təşkilatın nəyə əsasən belə dediyini bilmirəm. Amma məntiq və analiz onu göstərir ki, son zamanlar Azərbaycanda bu xidmətlər bahalaşmayıb, əksinə ucuzlaşıb. Buna da səbəb rəqabətli mühitin olmasıdır. Ümumiyyətlə taksi xidməti ölkədə çox nadir sahələrdən biridir ki, ciddi rəqabətli mühit var. Əksinə dövlət tərəfindən buna toxunulsa, hansısa müdaxilələr olsa, və yaxud da bir təmərküzləşmə aparılsa, təkəlləşəcək, yəni inhisarlaşacaq, burda qiymət artımı olacaq. Yəni işləyən bir mexanizmə dəymək foğru deyil. İndiki rəqabətli mühitdə taksi xidməti kifayət qədər insanların cibinə uyğundur”.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, taksi xidməti qanunla tənzimlənmir, bundan başqa taksi sürücülərinin də bir çoxu bu işi ikinci, əlavə iş kimi görürlər. Məhz bu səbəbdən bu sahədə xidmət səviyyəsi aşağıdır: “Hazırda taksilərin qiyməti elə də baha deyil. Bu gün əsas məsələlərdən biri də taksilərdə vahid qiymət siyasətinin  müəyyələndəşdirilməməsidir.  Taksi fəaliyyətində böyük bir xaosu höküm sürür. Hazırda yerli taksi sürücülərimiz beynəlxalq səviyyədə tanınan bir çox şirkətlərin əsirinə çevrilib. Azərbaycanda taksilərin qiymətini “Uber”, “Yandex”, “Bolt” müəyylənləşdirir. Bu da özbaşınalıqdır. Bununla bağlı dövlətin bir qərarı olmalıdır ki, taksilərdə vahid qiymət siyasəti müəyyənləşdirilsin.

Eyni zamada gecə-gündüz, pik saatlarda tariflər müəyyləşdirilməlidir. Bu günkü taksilərin qiyməti o qədər də baha deyil. Qiymət də, xidmət də aşağı səviyyədədir. Belə ki, taksi sürücülərinin bir çoxu onlayn ödəniş qəbul etmir, bəziləri sıxlıq olanda sifarişdən imtina edirlər. Nəzarət mexanizmi yoxdur deyə sürücülərdə bir arxeyinlik  yaranıb  ki, nə istəsələr edə bilərlər. Bu kimi fəaliyyət sahəsi qaydalar çərçivəsində tənzimlənməlidir”.

E.Muradlı onu da əlavə edib ki, əslində qanunvericilikdə bütün bunlar nəzərə alınıb, sadəcə, qanunun icrası ləng gedir.

Davamlı olaraq taksidən istifadə edən sərnişin Aygün Əhmədova isə bildirdi ki, Azərbaycanda taksi xidməti mövcud qanunvericiliklə tənzimlənir: “Çox sevindirici haldır ki, bu gün bizdə taksi xidməti göstərən operator şirkətlərin sayı çoxdur və qiymətləri də əlçatandır. Düzdür, bəzən bəzi taksi şirkətləri sui-istifadə hallarına yol verib qiymətləri yüksəldirlər. Bu da anlaşılandır. Təbii ki, bazar iqtisadiyyatında qiymət tələbə görə tənzimlənir. Ümumilikdə qiymətlərin qənaətbəxş olduğunu düşünürəm”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man