Berlin prokurorluğu çərşənbə günü avtomobilini yoldan keçən bir qrup şəxsin üzərinə sürən 29 yaşlı sürücünün psixiatrik xəstəxanaya yerləşdirilməsinə göstəriş verib. Bu barədə cümə axşamı prokurorluğun sözçüsü məlumat verib.
“Şübhəlinin psixiatriya klinikasına yerləşdirilməsinə qərar verilib” – deyə o bildirib.
Hadisə Berlinin əsas görməli yerlərindən biri olan Vilhelm kayzer kilsəsinin yaxınlığında, Braytşaydplasda hərəkətli küçədə baş verib. “Renault Clio” markalı avtomobildə olan şəxs yoldan keçən izdihamın üzərinə sürüb və mağazanın vitrininə çırpılıb. Cinayəti törədən 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı yoldan keçənlər tərəfindən yerindəcə saxlanılıb.
Son məlumatlara görə, 14-ü orta məktəb şagirdi olmaqla, 29 nəfər xəsarət alıb. Bir nəfər ölüb.
Mənbə: TASS
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man