BDU-nun qarşısında "qıl körpüsü" - Hər gün minlərlə insan "o dünyanı görüb qayıdır" - FOTO

Gündəm 09 İyun 2022 | 21:38
OXUNUB: 2274

 

Paytaxtın Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin qarşısındakı yol hər gün minlərlə insanın həyatını təhlükəyə atır. 

Avtosfer.az xəbər verir ki, bu barədə Baku.ws-ə çoxsaylı şikayətlər daxil olub.  Məsələni araşdırmaq üçün əməkdaşımız sözügedən əraziyə baş çəkərək vəziyyətlə yerində tanış olub. Dərinliyi təxminən 3-4 metr olan zirzəmi ərazidə yaşayan və küçədən gediş-gəliş üçün istifadə edən vətəndaşlar üçün əsl təhlükə mənbəyidir.  

Ən dəhşətlisi də odur ki, həmin bu yolun yaxınlığında uşaq bağçaları, 53 nömrəli orta məktəb və universitetlər yerləşir. Hər gün körpələri ilə uşaq bağçasına, məktəbə tələsən valideynlər, universitetə gedən tələbələr bu "qıl körpüsü"nü keçməyə məcbur olurlar. Yaxınlıqda işi olan avtomobil sahibləri maşınlarını bu ərazidə saxlayırlar. Belə olduqda vətəndaşların iki yolu qalır: ya yol qırağında saxlanılan avtomobillərdən yan keçmək üçün maşın yoluna çıxmaq, ya da səki ilə gedib sonda 3-4 metr dərinliyi olan zirzəmi üzərində yerləşən "qıl körpüsü"ndən keçmək. Bu zaman yaşlı, xəstə insanların, körpələrin beton zirzəmiyə yıxılaraq xəsarət alması təhlükəsi yaranır. Xüsusi ilə günün qaranlıq saatları və yağışlı, sürüşkən vaxtlarda bu ərazi sakinlər üçün ikiqat təhlükəli olur. 

Ərazidə Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus parkinq tablosu olduğundan sürücülər avtomobillərini burada rahat saxlayırlar. Avtomobil saxlanıldıqdan sonra isə avtomatik olaraq vətəndaşların yolu kəsilir və onlar zirzəmi üzərində yerləşən təhlükəli keçiddən keçməyə məcbur olurlar. 

Yoldan istifadə edən vətəndaşların da mövqeyini öyrənməyə çalışdıq. Paytaxt sakini Həsən Qurbanov bildirdi ki, hər gün istifadə etdiyi bu yol həm özünü, həm də ailə üzvlərini narahat edir. "Yoldaşım yaşlı, xəstə qadındır. Bu yoldan istifadə edəndə çox çətinlik çəkir".

Universitet tələbələri də öz fikirlərini bizimlə bölüşdülər. BDU-nun tələbəsi olan Səbinə və Nərgiz deyir ki, yolu digər tərəfə keçərkən məcbur qalıb zirzəmi olan hissədən istifadə edirlər.  "Biz də məcbur qalıb bu yoldan istifadə edirik. Həm səki dardır, həm də maşınlar dayanıb. Başqa alternativimiz də yoxdur". Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlasaq da qurumdan suallarımıza cavab ala bilmədik. Ümid edirik ki, aidiyyəti qurumlar Bakının ən çox gediş-gəliş olan küçələrindən birində olan bu əcaib vəziyyəti tezliklə görəcək. Ölüm-itim olmamış hər gün minlərlə insanın həyatının təhlükəyə atılması halına, nəhayət ki, son qoyularaq bu problemə bir əncam çəkiləcək. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man