Bakı yollarında son vəziyyət açıqlanıb: Səkkiz istiqamətdə sıxlıq var

Gündəm 09 İyun 2022 | 13:49
OXUNUB: 632

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq “Çermet” yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

2. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

3. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Gülarə Qədirbəyova küçəsi istiqamətində;

4. Gülarə Qədirbəyova küçəsində Xətai prospeki ilə kəsişmə istiqamətində;

5. Salatın Əsgərova küçəsinin Təbriz və Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində; 

6. Səməd Vurğun küçəsində Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər, Yusif Vəzir Çəmənzəminli küçəsi istiqamətində; 

7. Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;

8. Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man